23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qanunsuz laboratoriyalar aşkar edildi - Avropada

09.07.2019

İtaliya polisi "Europol”la birgə genişmiqyaslı antidopinq əməliyyatı keçirib.
Trend-in məlumatına görə, Avropanın bir neçə ölkəsində keçirilmiş əməliyyat nəticəsində 234 nəfər həbs olunub.
Min nəfərdən çox şəxs istintaqa cəlb olunub, 3,8 milyon avro dəyərində dopinq və digər qadağan olunmuş dərman preparatları müsadirə edilib.
Qeyd olunur ki, əməliyyat 2018-ci ilin oktyabrından başlayıb. Əməliyyat zamanı biri İtaliyada olmaqla 9 qanunsuz laboratoriya aşkar edilib.
Əməliyyat nəticəsində bütün Avropada bu sahədə fəaliyyət göstərən 17 cinayətkar qruplaşma aşkar edilib. Ümumilikdə 600-dən çox idmançı antidopinq testlərdən keçirilib, 19 nəfərdə dopinq aşkar edilib.