"Fənərbağça"nın yeni transferi
09.07.2019
İstanbulun "Fənərbağça” futbol klubu "Rizəspor” komandasından kosovalı hücumçu Vedat Muriqini transfer edib.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə İstanbul təmsilçisi dörd illik müqavilə imzalayıb. V.Muriqi yeni komandasında 94 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Vedat Muriqi 2018-ci ildə "Gənclərbirliyi” komandasından "Rizəspor”a keçib. O, ötən mövsüm "Rizəspor”un heyətində keçirdiyi 34 oyunda 17 qol vurub.