AKP-dən Babacanın istefasına reaksiya
09.07.2019
AKP sədrinin müavini Mahir Ünal Əli Babacanın partiyadan istefasına münasibət bildirib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
"Müxalifət üçün olduqca əlverişli bir mühitdə seçkini gerçəkləşdirdik. Əgər belə bir şəraitdə Türkiyədə 52 faiz, İstanbulda isə 45 faiz səs toplaya biliriksə, bu siyasətdə doldurulacaq bir boşluğun olmadığını göstərir. Onun üçün Babacan hadisəsinin siyasətdə bir qarşılığı yoxdur”, - Ünal bildirib.