Keçmiş nazir ibadətlə məşğuldur
09.07.2019
Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov ibadətlə məşğuldur. Sonuncu Ramazan ayında oruc tutan sabiq nazir, həmçinin mütəmadi olaraq Quranı mütaliə edir, namaz qılır.
Bu barədə Qaynarinfo.az-a Z.Məmmədovun yaxınları məlumat erib.
Keçmiş nazirin mütaliə dairəsi, sadəcə, müsəlmanların müqəddəs kitabını oxumaqla tamamlanmır. Onun bədii əsərlərə marağı da böyükdür. Sabiq "nəqliyyat şefi" xüsusilə poeziya həvəskarıdır və ara-sıra özünün də şeirlər yazdığı deyilir.
Xatırladaq ki, hazırda 67 yaşı olan Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub.