21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu içkilər qadağan olunacaq

09.07.2019

Azərbaycanda enerji içkiləri ilə bağlı tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib.
Q.Təhməzli bildirib ki, enerji içkilərinin Azərbaycanda tənzimlənməsi beynəlxalq standartlara əsasən həyata keçirilir:
"Qida Təhlükəsizliyi İnstitutunun nəzdində elmi texniki şura fəaliyyətə başlayıb. Şura alimlərinin, ekspertlərin, beynəlxalq ekspertlərinin birgə rəyinə əsasən enerji içkilərinə dair tənzimləmə mexanizmi işlənib hazırlanıb və təsdiq üçün təqdim olunub”.
Sədr qeyd edib ki, hazırlanmış sənədə əsasən, həmin adda sadalanan stimullaşdırıcı maddələrin adı qeyd edilib:
"Həmin stimullaşdırıcı maddələrdən iki və daha artığı öz əksini tapan içkilər Azərbaycanda enerji içkisi hesab olunacaq. Eyni zamanda, sadəcə, kofenin miqdarı ilə tənzimlənən enerji içkiləri mövcuddur.
Tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil. Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq”.