Gürcüstanda eyni vaxtda iki mitinq
09.07.2019
Dünən Tiflisdə parlament binası qarşısında eyni anda iki mitinq keçirilib.
Xəbər verildiyi kimi, bu məlumatı Gürcüstanın "Birinci kanal”ı yayıb. Məlumata görə, aksiyalardan birində ölkədə LGBT təbliğatının dayandırılması, digərində isə Daxili İşlər naziri Georgi Qaxariyanın istefası tələb edilib.
İki etiraz aksiyasını bir-birindən polis kordonu ayırıb. Bununla belə aksiya zamanı LGBT əleyhdarları Qaxariya əleyhdarlarına qarşı aqressiya nümayiş etdiriblər.