Saakyanın ətrafı boşalır - Daha bir istefa
08.07.2019
Qondarma Qarabağ rejiminin "baş prokuroru” Artur Mosiyan istefaya gedib.
Bu barədə qondarma rejimin baş prokurorluğu məlumat yayıb. Onun bu vəzifədən Daşnaksütyun Partiyasının Mərkəzi Komitəsinin üzvü seçildiyi üçün ayrıldığını bildirib.
Qeyd edək ki, qondarma rejimdə son günlər istefaların sayı artıb. Belə ki, qondaram rejimin lideri Bako Saakyan demək olar ki, separatçı rejimdəki bütün güc strukturlarının rəhbərlərini dəyişib.