09.04.2018
"Dövran Media" xəbər verir ki, dünyanın çiy kərpicdən tikilmiş ən böyük məscidi Malidə yerləşir. Tikintisi 1907-ci ildə başa çatan Cənnə məscidi dünyanın çiy kərpicdən tikilən ən böyük məscididir. Malidə Bani çayının sahilində yerləşən məscid memarlıq abidəsi kimi, Sahel-Sudenez memarlığının ən böyük müvəffəqiyyətindən biri sayılır. Məscid Cənnə şəhərinin, ümumilikdə isə ölkənin rəmzi kimi inşa edilib. Ümumiyyətlə, bu bölgədə ilk məscid XIII əsrdə inşa edilib. Məscid mali xalqı üçün böyük əhəmiyyət daşımaqla yanaşı, Afrikanın dəyərli simvolu sayılır. Hər il yağış mövsümündən sonra 4 min könüllü çox böyük bir hissəsi suyun təsiri ilə dağılan Cənnə məscidini yenidən inşa edir.