Şok - Əli Babacan AKP-dən ayrıldı
08.07.2019
Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacan Ədalət və İnkişaf Partiyasından istefa etdiyini açıqlayıb.
Xəbər verildiyi kimi, Babacan istefasını yaydığı bəyanatla elan edib. "Türkiyənin yeni gələcək vizyona ehtiyacı var. Ölkəmiz üçün hər sahədə doğru analizlər, yenidən düşünülmüş strategiyalar, planlar, proqramlar lazımdır.
Türkiyənin bu günü və gələcəyi üçün yeni çalışma başlatmaq qaçılmaz hala gəlib. Mən və bir çox dostlarım, belə bir çalışma üçün böyük və tarixi məsuliyyət hiss etməkdəyik. Bu zaman ərzində eyni əxlaqi və ictimai məsuliyyəti hiss edən çox sayda insanla tanış olmaq bizim üçün çox sevindirici olub”, - deyə o bildirib.
Qeyd edək ki, Əli Babacan AKP-nin əsas yaradıcılarından biri sayılır.
Bir müddət əvvəl mətbuatda Babacanın eks-prezident Abdulla Güllə yeni partiya yaradacaqlarına dair məlumat yayılmışdı.