Azay Quliyev yenidən vitse-prezident seçildi
08.07.2019
Lüksemburqda keçirilən ATƏT PA-nın yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Xəbər verildiyi kimi, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə bu vəzifəyə seçilib.
Onun səlahiyyət müddəti 2022-ci ilədək davam edəcək.