21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu, uşaqları telefon-planşet azarından qurtarır - Pediatr

08.07.2019

Pedaqoqlar, psixoloqlar, sosioloqlar indiki uşaqların dəqiq "tərifi"ni verə bilmir. Çünki indiki uşalqar həyətdən daha çox planşetlə vaxt keçirilər. Bütün bunlar da adını ilk dəfə oxuduğunuz xəstəliklər yaradır.
Xəbər verildiyi kimi, bu sözləri pediatr Vaqif Qarayev son illər uşaqlarda qeydə alınan davranış xəstəlikləri ilə bağlı danışarkən deyib. O, bildirib ki, uşaqlarda qeydə alınan əksər xəstəliklərin səbəbi həyətə çıxmamaq, təbiətlə təmasda olmamaqdır:
"Ağıllı, erudisiyalı, müstəqilliyə meyilli, maraq dairəsi geniş, bununla paralel impulsiv, aqressiv, pedaqogikanın qaydalarına uyuşmayan, "ekran tərbiyəli" uşaqlar yetişir. Səbəblər demək olar ki, hamıya məlumdur.
Köhnə həyətlər, köhnə binaların həyətləri həmişə hay-küylü olub. Yeni tikililərdə bu mənzərə nadir hallarda görünür. Həyət psixologiyası deyilən bir anlayış var. Həyət oyunları uşaqların psixikasının, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Kiçiklər böyüklərdən nə isə öyrənir və bu ardıcıllıq onillərlə davam edir, belə də olmalıdır. Bu, uşaqlarda həyətə, küçəyə maraq yaradır və uşaqları telefon-planşet azarından qurtarır”.
V.Qarayev bildirib ki, həyət psixologiyasnın elmi əsaslarını mütəxəssislər (sosioloqlar, pedaqoq-psixoloqlar) gözəl izah edir:
"Mənimsə deyəcəyim odur ki, uşaqları həyətdən məhrum etmək olmaz. Total nəzarəti yumşaltmaq lazımdır. Həyət oyunları uşaqları sosiallaşdırır, özgüvənini artırır, özünü müdafiə etməyi öyrədir. Ən əsası da telefon və planşetdən uzaqlaşdırır”.