Putinə görə istefalar başladı
08.07.2019
Rusiya Prezidenti Vladimir Putinlə bağlı Rustavi-2-də yaranan insidentdən sonra kanalın bir sıra əməkdaşı televiziyadan ayrılmağa başlayıb.
Bu məlumatı "Sputnik Gürcüstan” yayıb. Agentlik gedənlərdən birinin kanalın operatoru Levan Marqvelaşvili olduğunu, onun öz press-kartını dünən televiziya binası qarşısında keçirilən mitinqdə cırdığını bildirib.
Marqvelaşvili bu addımı özünün və ailəsinin təhqirlərə məruz qalmaması üçün atdığını deyib.
Kanalı tərk edənlər arasında həmçinin ölkənin ən reytinqli seriallarından birində çalışan Levan Rostomauli adlı şəxsin də yer aldığı vurğulanıb.