ABŞ ordusu Əfqanıstandan 2,5 il sonra çıxacaq
08.07.2019
ABŞ nümayəndələri Talibanla konsultasiyalar zamanı ABŞ ordusunun Əfqanıstandan 2,5 il ərzində çıxarılacağını bildiriblər.
Axar.az xəbər verir ki, bu məlumatı "Vol Strit Jurnal” qəzeti yayıb. Məlumata görə, ABŞ tərəfinin bu təklifinə Taliban qarşı çıxaraq, xarici ölkə ordularının ölkəni 10 ay ərzində tərk etməsini tələb edib.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Vaşinqtonun Talibanla Əfqanıstanda sülh haqqında razılaşmanı sentyabrın 1-nə qədər bağlayacağına ümid etdiyini bildirmişdi. Bununla bərabər o, ABŞ ordusunun Əfqanıstanda çıxarılması qrafikini Talibana verdiklərinə dair məlumatı təkzib etmişdi.