“KamAZ”la Azərbaycan arasında 400 milyonluq razılaşma
08.07.2019
Rusiyanın "KamAZ” şirkəti ilə Gəncə Avtomobil Zavodu arasında müqavilə imzalanıb.
Bu məlumatı Rusiya Sənaye və Ticarət Nazirliyi yayıb. Müqaviləyə əsasən, "KamAZ” Gəncə Avromobil Zavoduna 400 milyon rublluq avtomobil komplekti tədarük edəcək.
Qeyd edək ki, "KamAZ” dünyanın ən böyük yük avtomobili istehsalçılarından biri sayılır. Şirkətin tərkibində hazırda 11 nəhəng zavod birləşir. 2018-ci ildə "KamAZ”ın gəliri 2,2 dəfə alıb.
"KamAZ”ın hazırda əsas səhmdarlarından biri "Rostex” korporasiyasıdır.