Nazir: Müstəqilliyimizi gücləndirməliyik
08.07.2019
"Biz Azərbaycanın müstəqilliyini, suverenliyini gücləndirməliyik".
Bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində "Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən konfransda deyib.
Nazir bildirib ki, ölkənin müstəqilliyini, suverenliyini gücləndirmək xarici siyasətin ən vacib prioritetlərindən biridir.
Perudan səfərdən yenicə qayıtdığını xatırladan E. Məmmədyarov qeyd edib ki, keçirdiyi bütün görüşlərin ana xəttini enerji təhlükəsizliyi ilə bağlı məsələlər təşkil edib.