"Qarabağ" Avstriyada son məşqinə çıxdı
08.07.2019
"Qarabağ" ötən gün Avstriyada son məşqinə çıxıb.
Son hazırlıq yerli vaxtla 18:00-da (Bakı saatıyla 20:00) start götürüb və təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.
Qeyd edək ki, komanda bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani" ilə oyunun keçiriləcəyi Albaniyanın Tirana şəhərinə yollanacaq.