Şimal axını-2-yə ehtiyacımız var - Almaniya
08.07.2019
Şimal axını-2 Berlini Moskvadan asılı etməyəcək, sadəcə Berlinə iqtisadi fayda gətirəcək.
Bunu "Bild” qəzetinə müsahibəsində Almaniya İqtisadiyyat naziri Peter Altmayer deyib.
"Biz özümüzü Rusiyadan asılı etmirik. Söhbət tədarük marşrutunun azaldılmasından və tədarükün yeni strukturundan yaranıb. Gələcək illərdə qaza tələbatımız artacaq. Tezliklə Almaniya kömür və atom enerjisindən imtina edəcək və Berlinin keçid dövründə qaza tələbatı yüksələcək", - deyə o bildirib.