Trampın reytinqi maksimuma çatdı
07.07.2019
ABŞ Prezidenti Donald Trampın reytinq göstəriciləri prezidentliyi müddətində maksimuma yüksəlib.
Bu barədə "ABC Nyus” informasiya yayıb.
Məlumata görə, amerikalıların 44 faizi dövlət başçısının fəaliyyətini dəstəkləyib.
Seçicilərin 39 faizi Trampın impiçmentini dəstəkləyib. Ayrı sahələr üzrə dövlət başçısına ən aşağı dəstək göstəricisi qlobal istiləşmə sahəsindəki fəaliyyətinə verilib.