Almaniyada 16.5 min insan təxliyə edilir
07.07.2019
Almaniyanın Frankfurt-Mayn bölgəsində təxliya əməliyyatına başlanılıb.
Bu barədə TASS yazıb.
Məlumata görə, bölgədə II dünya müharibəsi illərindən qalmış 500 kiloqramlıq bomba tapılıb. Ümumilikdə 16.5 min nəfərin təxliyə edilməsi planlaşdırılıb. Bombanın aşkarlandığı ərazinin yaxınlığında Avropa Mərkəzi Bankının, əlillər və qocalar evinin, həmçinin hava limanı və dəmiryolu vağzalının yerləşdiri qeyd olunub.