Kütləvi həbslər başladı - FOTO
07.07.2019
Qazaxıstanda müxalifətçilərin kütləvi həbsinə başlanılıb.
Nur-Sultanda və Alma-Atadakı etiraz aksiyalarından sonra iştirakçıları tapıb bir-bir həbs edirlər.
Nur-Sultandakı aksiya "Yesil" ticarət mərkəzinin qarşısında başlamışdı. Polis qüvvələri mitinqi dərhal dağıtmışdı. İştirakçıların böyük hissəsi avtobuslara doldurularaq bölmələrə aparılmışdı. Amma bununla da kifayətlənməyiblər. İndi hər iki şəhərdə etiraz edib polisdən yayına bilənləri tapıb həbsə göndərirlər.
Aksiyanı "Qazaxıstanın demokratik seçimi" təşkilatının rəhbəri Muxtar Ablyazov elan etmişdi. Ölkə prokurorluğu dərhal Fransada yaşayan müxalifət liderinin çağırışına reaksiya vermişdi, onu ekstremist adlandırmışdı.
Hələ aksiyalardan əvvəl bir sıra müxalifətçilər həbs olunmuşdu. Onların evlərində axtarış aparmışdılar. Polis külli miqdarda pul, ekstremist plakatları, partlayıcı maddələr tapdığını bildirirdi.