Venesuela müxalifəti hökumətlə danışıqlara gedə bilər
06.07.2019
Venesuela müxalifəti Norveçdə hökumətlə danışıqlara hazırdır, amma bunun üçün bir neçə tələbi var.
Bunu Venesuela müxalifətinin lideri Xuan Quaido deyib. Onun sözlərinə görə, müxalifətin hökumətdən əsas tələbinin prezident Nikolas Maduro və komandasının hakimiyyətdən kənarlaşdırılmasıdır. Bununla bərabər Quaido növbədənkənar seçkiyə qədər keçid hökumətinin yaradılması gərəkdiyini, əks təqdirdə nümayişçilərin küçələri tərk etməyəcəyini vurğulayıb:
"Biz əgər üç tələbimiz icra ediləcəyi təqdirdə Norveçdəki danışıqlardan qorxmuruq. Tələblərimiz qəsbkarlığın dayandırılması, keçid hökumətinin yaradılması və azad seçkilərdir”.