21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

XİN: “Azərbaycan ən böyük kommersiya donanmasına malikdir”

06.07.2019

"Regionun aparıcı və dinamik iqtisadiyyatı kimi, Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsündə mühüm rol oynayır”. 
Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının 14-cü zirvə görüşündə bildirib. Nazir qeyd edib ki, ölkəmiz tarixi İpək Yolu üzərində yerləşir və Azərbaycan bu marşrutda fəal şəkildə infrastrukturun modernləşdirilməsinə, mövcud və yeni dəmir yolu xətlərinin, magistral yolların, dəniz və hava limanlarının bərpasına sərmayə qoyur: "Azərbaycan, həmçinin Fars körfəzindən malların İran və Rusiya vasitəsilə Avropaya tranzitinə imkan verəcək "Şimal-Cənub" nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsində fəal iştirak edir. Azərbaycan tərəfindən irəli sürülən digər bir dəhliz Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutudur ki, onun da məqsədi Hindistan, İran, Fars körfəzi ölkələri ilə Türkiyə və Avropanı birləşdirməkdir. Bu ticarət dəhlizlərinin potensialı böyükdür. Yuxarıda qeyd olunan və artmaqda olan bağlılığa töhvə verən layihələrdən daha biri trans-Avropa və trans-Asiya dəmiryolu şəbəkələrini birləşdirən və Avropa ilə Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu xəttinə mühüm töhfə verən Bakı-Tiflis-Qars dəmiryoludur”.

Nazirin sözlərinə görə, Azərbaycan, həmçinin Xəzər dənizində ən böyük kommersiya donanmasına malikdir: "Xəzər dənizinin Bakı limanında tikilmiş yeni gəmiqayırma zavodu bütün növ gəmilərin istehsalına və Xəzər dənizində yük axınının artırmasına imkan verir. Bundan əlavə, biz Şərq-Qərb yolunun mərkəzində yerləşən yeni Bakı Limanının ətrafında Azad İqtisadi Zonanın yaradılması yolu ilə xarici ticarət şirkətləri üçün ticarət-logistika sektorunda əlverişli sərmayə rejimini təmin etmək üçün çoxlu səylər göstərimişik. Bu Azad İqtisadi Zonanın məqsədi Azərbaycanın regional ticarət və logistika mərkəzi kimi cəlbediciliyini artırmaqdır.

Ölkəmin mühüm marşrut nöqtəsi və aktiv investor kimi iştirak etdiyi bütün bu layihələr mal və xidmətlərin Asiya bazarından Yaxın Şərq, MDB və Avropa ölkələrinə və əks istiqamətdə çatdırılma vaxtı və xərclərini əhəmiyyətli dərəcədə minimuma endirməyə imkan verəcəkdir. Hesab edirəm ki, bu, Sakit okean Alyansı və Azərbaycan arasında çoxtərəfli və ikitərəfli əsasda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı bir iş platforması ola bilər. Bu baxımdan, müşahidəçi dövlətlərlə əməkdaşlıq üçün təkliflərin toplanmasına cavabdeh olan Əməkdaşlıq Fondu ilə konkret işə hazırıq”./apa/