Veteran futbolçumuz VƏFAT ETDİ
06.07.2019
"Neftçi”nin 59 yaşlı veteran futbolçusu Ələddin Ələkbərov dünən vəfat edib.
Ə.Ələkbərov 1980-1984-cü illər ərzində paytaxt klubunun heyətində yarımmüdafiəçi mövqeyində 64 oyun keçirib, iki qol vurub.
Qeyd edək ki, mərhumun dəfn mərasimi bu gün saat 15:00-da Biləcəri qəsəbəsində olacaq.