Azərbaycanda gənc yazar ÖLDÜ
06.07.2019
Azərbaycanda gənc yazar Mahmud Atakişiyev (İkinci Mahmud) bu gün Xətai rayonunda yerləşən evində vəfat edib.
Bu barədə yazıçının dostu Ömər Mazanov məlumat yayıb.
"M.Atakişiyev bu gün səhər saatlarında həyat yoldaşı Könül Atakişiyevaya zəng edərək, ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb", - məlumatda qeyd olunub.
Allah rəhmət eləsin!