İrandan ermənilərə gözlənilməz təklif
05.07.2019
İran prezidenti Həsən Ruhani Ermənistanla qarşılıqlı ticarətdə milli valyutalara keçirməyi təklif edib.
Ermənistan mediasının yaydığı xəbərə görə, prezident milli valyutalara keçidin iki ölkə arasında ticarət həcminin artmasına səbəb olacağını deyib. Tehran siyasi və iqtisadi sahələrdə İrəvanla münasibətləri inkişaf etdirmək və dərinləşdirməyə hazırdır.
Qeyd edək ki, bu ilin iyun ayında İran parlamenti Avrasiya İqtisadi Birliyi (EAEU) ilə sərbəst ticarət zonası (ETA) ilə bağlı müvəqqəti razılığa imza atıb. Bu razılaşma İran və ittifaq ölkələri arasında əməkdaşlığı genişləndirmək üçün yaxşı bir imkan yaradır.