Prezident daha bir xalq artistinə mənzil verdi
05.07.2019
Prezident İlham Əliyev teatr və kino aktyoru, xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib.
Bu barədə Report-a M.Qasımov özü məlumat verib.O bildirib ki, mənzilin açarları bu gün təqdim olunacaq:
"Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısı mənə çox böyük diqqət göstərib. Artıq mənzilin sənədlərini götürmüşəm. Bu gün gedib evimə baxacam"