Azərbaycanın axtardığı gənc Moldovada tutuldu
04.07.2019
Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
Report-un məlumatına görə, "İnterpol” xətti ilə axtarışda olan 1995-ci il təvəllüdlü Məmmədli Ceyhun Həsən oğlu Moldovada saxlanılıb.
Hazırda onun ölkəyə ekstradisiyası üçün işlər aparılır.
Qeyd edək ki, C.Məmmədli Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışa verilmişdi.