Finalda oynamayacaq - Braziliya millisində itki
04.07.2019
Braziliya millisinin futbolçusu Villian Amerika kubokunun finalında Peru ilə oyunu buraxacaq.
Buna səbəb 30 yaşlı yarımmüdafiəçinin turnirin yarımfinalında Argentina ilə görüşdə zədələnməsidir.
Tibbi müayinədən keçən Villianın həlledici matçı buraxacağı bildirilib.
Qeyd edək ki, Braziliya - Peru qarşılaşması iyulun 7-i keçiriləcək.