Büdcədən 50 milyon ayrıldı: - SƏBƏB
09.04.2018
Bu ilin mart ayının 1-nə dövlət büdcəsindən İpoteka Fonduna 50.0 milyon manat vəsait ayrılıb.
"Dövran Media" xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 19,2 mln. manat təşkil edib.
Ümumilikdə fondun xətti ilə ilin əvvəlindən 33,8 milyon manat kredit verilib.
AİKZF tərəfindən yerləşdirilən ipoteka istiqrazlarının həcmi 35.0 milyon manat olub. Kreditlər üzrə orta faiz dərəcəsi 6.63, aylıq ödəniş 325.9 manat təşkil edib.
2018-ci ildə Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri məqsədilə büdcədən sosial mənzillərin tikintisi, eləcə də, ipoteka layihələrinin maliyyələşdirilməsinə 250 milyon manat, o cümlədən cari xərclərin hesabına 150 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 100 milyon manat vəsait nəzərdə tutulub.