Amalya Pənahovanın xatirəsi əbədiləşdirilir
03.07.2019
Xalq artisti Amalya Pənahovanın xatirəsi əbədiləşdiriləcək.
Xəbər verildiyi kimi bu barədə Baş nazir Novruz Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsi vurulacaq.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.