"Solong” layihəsinin növbəti konserti "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutub.
DJ Bunbeck (Cavid Bünyatov) elektron musiqi həvəskarları üçün çıxış edib.
Layihə Azərbaycanın digər tarixi məkanlarında davam etdiriləcək.
"Solong” layihəsinin rəhbəri Sahil Umud qeyd edir ki, məqsədləri Azərbaycanda elektron musiqinin inkişafı üçün yerli DJ-ləri və elektron janrda musiqi yazan DJ-ləri bu layihəyə cəlb etməkdir:
"Layihənin digər özəlliyi ondan ibarətdir ki, bu layihəni tarixi məkanlarda həyata keçirməklə mədəni irsimizi bütün dünyaya çatdırmaq istəyirik”.