21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Alimlər təhlükəli qida vərdişlərini açıqladılar

03.07.2019

Alimlər erkən ölüm riskini artıran 15 amildən ibarət siyahı hazırlayıblar.
"The Lancet” tibb jurnalı alimlərin araşdırmasını dərc edib.
Onlar 1990-2017-ci illərdə 195 ölkə üzrə məlumatları təhlil ediblər. Məqsəd yararsız qida rejiminin fəsadlarını müəyyənləşdirmək olub. Ekspertlərin fikrincə, faydalı komponentlərin çatışmazlığı və zərərli komponentlərin bolluğu ilə formalaşan rasion əlverişsiz qida rejimidir.
Alimlər rasionda duzun bol olmasının ziyanlı olduğuna diqqət çəkiblər. Onlar rasionda meyvələrin, tərəvəzlərin, dəniz məhsullarından Omeqa-3 və südün çatışmadığını da qeyd ediblər.
Bundan başqa, hesab edilir ki, şirin içkilər, qırmızı ət və emal edilmiş ət bolluğu təhlükəli qida vərdişidir.