Ən çox hansı dövlət qurumlarının saytı oxunur? - SİYAHI
03.07.2019
2019-cu ilin I yarısı üzrə Azərbaycan dövlət orqanları arasında ən çox müraciət olunan internet informasiya resursları açıqlanıb.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin məlumatına əsasən, toplam giriş sayına görə ilk onluqda Dövlət İmtahan Mərkəzi (tqdk.gov.az və dim.gov.az), Vergilər Nazirliyi (taxes.gov.az), Təhsil Nazirliyi (edu.gov.az), Daxili İşlər Nazirliyi (mia.gov.az), Baş Dövlət Yol Polis İdarəsi (dyp.gov.az), İdman Azərbaycan telekanalı (idmantv.az), Dövlət Miqrasiya Xidməti (migration.gov.az), Müdafiə Nazirliyi (mod.gov.az), Fövqəladə Hallar Nazirliyi (fhn.gov.az) qərarlaşır.
Unikal giriş sayına görə isə siyahı belədir:
İlk yerdə Dövlət İmtahan Mərkəzi (tqdk.gov.az və dim.gov.az), daha sonra Təhsil Nazirliyi (edu.gov.az), Azərbaycan Hava Yolları (azal.az), Daxili İşlər Nazirliyi (mia.gov.az), İdman Azərbaycan telekanalı (idmantv.az), Vergilər Nazirliyi (taxes.gov.az), Müdafiə Nazirliyi (mod.gov.az), Xarici İşlər Nazirliyi (mfa.gov.az), Dövlət Gömrük Komitəsi (customs.gov.az) yer alır.
Yerli icra hakimiyyəti orqanlarının rəsmi saytları arasında toplam giriş sayına əsaslanan statistikada ilk yerdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti qərarlaşır. Daha sonra Bakı şəhəri Nəsimi rayonu, Bakı şəhəri Sabunçu rayonu, Qazax rayonu və Bakı şəhəri İcra Hakimiyyəti yer alır.
Unikal giriş sayına əsasən isə, ilk beşlik belədir: Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Qazax Rayon İcra Hakimiyyəti, Qəbələ Rayon İcra Hakimiyyəti, Laçın Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti
Dövlət orqanlarının rəsmi saytlarına ən çox Azərbaycan, ABŞ, Rusiya, Almaniya, Fransa, Türkiyə, İngiltərə, Estoniya və Ukraynadan müraciətlərin qeydə alındığı bildirilir.