Haftar zərbə endirdi - onlarla ölən və yaralı var
03.07.2019
Liviya rəsmiləri Tripoli yaxınlığında qaçqınların yerləşdirildiyi mərkəzin vurulması nəticəsində ən azı 40 nəfərin öldüyünü, 80 nəfərin yaralandığını açıqlayıblar.
Bu barədə AFP informasiya yayıb.Hücum paytaxt yaxınlığındakı Tacura bölgəsinə edilib. Hücumun edildiyi düşərgədə əksəriyyəti afrikalı olan 120 qaçqın olub. Ölənlərin sayının artması istisna edilmir.
Xatırladaq ki, Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun hərbi hava qüvvələri Tripolidəki hədəflərə zərbə endiriləcəyini açıqlamışdı.