Tramp ölüb? - AÇIQLAMA
03.07.2019
Hazırda sosial şəbəkələrdə ABŞ Prezidenti Donald Trampın infarktdan ölməsi ilə bağlı məlumatlar yayılmaqdadır.
ABŞ vitse-prezidenti Mayk Pensin Ağ Evə təcili qayıdışı dünya ictimaiyyətində ciddi şübhələr doğurub.
Lakin az sonra Pensin mətbuat katibi Alisa Farah Pensin Ağ Evə gəlişinin təcili olmadığını açıqlayıb.
Digər tərəfdən adı açıqlanmayan Ağ Ev nümayəndəsi Trampın səhhəti ilə bağlı hər hansı olayın baş vermədiyini mediaya bəyan edib.
Qeyd edək ki, ABŞ rəsmilərinin bu kimi qeyri-dəqiq məlumatlar verməsi dünyanın lider dövlətinin rəhbəri ilə bağlı yayılan iddiaları daha da gücləndirir.