Neymar "Barselona"ya getmir - AÇIQLAMA
02.07.2019
PSJ-nin futbolçusu Neymarın atası oğlunun "Barselona"ya keçəcəyi iddialarına münasibət bildirib.
Braziliyalı hücumçunun agenti də olan Neymar da Silva bu iddiaları təkzib edib: "Danışıqlar aparmaq üçün Barselonaya getməyə hazırlaşmıram. Mən Braziliyadayam və Parisə qayıdana qədər oğlumla burada qalacağam".
Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.