Bu ərazilərdə su məhdudiyyətlə veriləcək - səbəbi
02.07.2019
Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb.
"Azərsu” ASC-nin verdiyi məlumata görə, bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.