Makrondan İrana bununla bağlı çağırış
02.07.2019
Fransa Prezidenti Emmanuel Makron İranı zənginləşdirilmiş uran ehtiyatlarını dərhal azaltmağa çağırıb.
Bu barədə "Assoşeyted Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Fransa prezidenti MAQATE-nin bəyanatını narahatlıqla qeyd edib və İranı onun nüvə öhdəliklərini zərbə altında qoyacaq bu artımdan geri çəkilməyə çağırıb.
Qeyd edək ki, bundan öncə İran zənginləşdirilmiş nüvə ehtiyatlarının 300 kiloqramı keçdiyini bildirib.