Tramp Vaşinqtona tank yerləşdirir - SƏBƏB
02.07.2019
İyulun 4-ü Müstəqillik Günündə Vaşinqtonda keçirilən bayram tədbirlərində tanklar nümayiş olunacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında deyib.
"İyulun 4-də bizim əla bayramımız olacaq. Şəhərə bir neçə tank yerləşdiriləcək”, - Tramp bildirib.
Onun sözlərinə görə, yollarda hərəkətə mane olmamaq üçün tanklar xüsusi yerlərə yerləşdiriləcək.
Tramp həmin gün paytaxt səmalarında hərbi təyyarələrin də uçacağını deyib.
"Vaşinqton Post” qəzeti isə yazıb ki, Tramp Müstəqillik Günündə paytaxtda "Abrams” tankları və 5-ci nəsil qırıcı-bombardmançı F-35 təyyarələrinin nümayiş olunmasını istəyib.