Türkiyənin başqa şansı yoxdur... - ƏRDOĞAN
08.04.2018
2019-cu ildə Türkiyə siyasi tarixinin ən kritik seçkilərindən biri baş tutacaq.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Öncə mart seçkiləri, ardınca millət vəkili və prezident seçkiləri ölkəmizi gələcəyə daşıyacaq heyəti müəyyən edəcək. 2019 sanki bir milad olacaq. Türkiyənin 2019 imtahanından da alını açıq çıxmaqdan başqa şansı yoxdur”, - Ərdoğan deyib.