Rus ordusu İrkutska göndərildi: Putin də ordadır
01.07.2019
Rusiyanın Mərkəzi Hərbi Dairəsinin birləşmələri daşqınlardan əziyyət çəkən əhaliyə kömək məqsədilə İrkutsk bölgəsinə göndərilib.
Bu barədə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin mətbuat katibi Sergey Şorin danışıb.
Məlumata görə, Sibir Federal Dairəsinin və İrkutsk qubernatorunun müraciəti ilə müvafiq qərarı Mərkəzi Hərbi Dairənin komandiri general-polkovnik Aleksandr Lapin qəbul edib. Hərbi qulluqçular və texnika Kemerovo əyalətindən Nijneudinsk bölgəsi istiqamətində yola düşüb.
Qeyd edək ki, İrkutskda güclü yağışlar səbəbindən sel evləri aparıb. Rəsmi məlumata görə, ən azı 5 nəfər ölüb.
Prezident Vladimir Putin də Osakadan təcili olaraq daşqınla bağlı fövqəladə vəziyyət elan edilən İrkutsk vilayətinə gedib.