AB-də parçalanma: Lider seçimində problem var
01.07.2019
Avropa Birliyinin liderləri Avropa Komissiyasının rəhbərini seçə bilməyiblər.
Bu sözləri öz Tvitter səhifəsində Avropa Şurasının rəhbəri Donald Tuskun rəsmi nümayəndəsi Preben Aman paylaşıb.
Məlumata görə, AB liderləri Avropa Komissiyasının rəhbərliyinə namizədlər arasında seçim edərkən fikir ayrılığı yaşayıblar. Aman Tuskun bundan sonra AB liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini bildirib.
Qeyd edək ki, bundan öncə bir sıra AB liderləri sosial demokrat Frans Timmermansın Avropa Komissiyasının rəhbəri seçilməsinə qarşı çıxıblar. Buna səbəb kimi Timmermansın Mərkəzi və Şərqi Avropa dövlətlərini təhdid etməsi olub. Belə ki, Timmermans bu dövlətlərin miqrantları qəbul etməyəcəyi halda onlarla sərhədlərin bərpa olunacağını bildirib.