Əflatun Amaşov və Fuad Abbasov GÖRÜŞDÜLƏR
30.11.-0001
Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasovla görüşüb.
Bu barədə Ə. Amaşov özünün "Facebook” səhifəsində məlumat verib.
MŞ sədri F. Abbasovun ağır günlərində onu tək buraxmayan Azərbaycan dövlətinə və Mətbuat Şurasına minnətdarlıq etdiyini bildirib: "Fuadla gələcək planlarını da birlikdə müzakirə etdik. İnanıram ki, haqq öz yerini tapacaq və tanınmış jurnalist indiyədək edə bilmədiklərini özünün Misra TV internet telekanalında gerçəkləşdirəcək”.