Ərəbistanda ilk: Qadınlar podiuma çıxır
08.04.2018
Səudiyyə Ərəbistanında ilk dəfə olaraq mode həftəsi keçiriləcək.
"Dövran Media" xəbər verir ki, bu barədə "Qulf nyus” (Gulf News) məlumat yayıb. Nümayiş 10 apreldə Ər-Riyadda başlayacaq. 4 gün davam edəcək tədbirdə ərəb dizaynerlərin və dünyanın məşhur modellərinin işləri göstəriləcək.
Qeyd edək ki, moda həftəsinin keçirilməsi fevrala nəzərdə tutulsa da, həddən artıq qonaq səbəbindən aprelə ertələnmişdi.