ABŞ və Çin razılığa gəldi - Tarix yazılır
29.06.2019
ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Szinpin iki ölkə arasında ticarət danışıqlarını bərpa etmək barədə razılığa gəliblər.
"Dövran Media" "Sinxua” agentliyinə istinadən məlumatına görə, Tramp və Si Szinpin "Böyük iyirmilik” ölkələrinin sammiti çərçivəsində Osakada görüşüblər.
Danışıqlar zamanı Tramp bəyan edib ki, ABŞ tərəfi ədalətli ticari əməkdaşlıq haqqında sazişə imza atmağa hazırdır.
Onun sözlərinə görə, bu bir tarix olacaq.
Bununla yanaşı, ABŞ Çin mallarına yeni rüsümların tətbiq etməyəcəyini öhdəliyinə götürüb.
Qeyd edilir ki, digər məsələlər iki ölkənin ticari-iqtisadi nümayəndələrinin görüşü zamanı müzakirə olunacaq.