Fransa YANIR
29.06.2019
Fransanın cənubunda Qallarq-le-Montyue şəhərində (Qar departamenti) havanın temperaturu cümə günü 45,9° isti olub. Bu barədə ölkənin meteoroloji xidməti məlumat yayıb.
TASS informasiya agentliyi xəbər verir ki, bu, sutka ərzində temperaturda üçüncü maksimum göstəricidir. Bundan əvvəl "France Presse” agentliyi Vilvyey şəhərində 45,1° isti olduğunu yazıb, daha öncə isə Karpantra şəhərində temperaturun 44,3° isti olduğu bildirilib. Bu cür istilər 2003-cü il avqustun 12-də elə Fransanın cənubunda qeydə alınıb.