23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabahdan hava sərinləyir

28.06.2019

İyun ayının ilk günlərindən davam edən isti hava dalğasının təsiri səngiyəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda deyilir.
Bildirilir ki, Bakıda və Abşeron yarımadasında iyunun 29-u axşamdan iyulun 2-si gündüzədək şimal küləyi güclənəcək, iyunun 30-u bəzi yerlərdə daha güclü olacaq
Havanın temperaturu ötən günlərlə müqayisədə, tədricən 5-10 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında iyunun 29-u axşamdan iyulun 2-dək arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və selə keçəcəyi ehtimal olunur.