Tramp Melaniyanı Yaponiyaya aparmadı
27.06.2019
ABŞ Prezidenti Donald Tramp Osakada keçiriləcək G20 sammitində iştirak etmək üçün Yaponiyaya gedib.
ABŞ Prezidentini həyat yoldaşı Melaniya Tramp deyil, qızı İvanka müşayiət edib.
Mətbuat mərkəzində ekranda yayımı izləyən jurnalistlər prezident ailəsində mümkün mübahisələrin olması ilə bağlı bir neçə zarafat da ediblər.
Qeyd edək ki, ötən il Argentinada keçirilən sammitə Tramp həyat yoldaşı Melaniya ilə qatılmışdı.