"İyirmilik" olan yerdə güclü qasırğa olacaq
27.06.2019
Cümə və şənbə günləri "İyirmilik” sammitinin keçiriləcəyi Osaka şəhərində leysan və güclü qasırğa olacaq.
Bu məlumat Osaka şəhər rəhbərliyinin xəbərdarlığında yer alıb. "İyunun 27-si axşamdan 28-i səhərə qədər tropik qasırğa Kinki regionuna yaxın ərazidən keçəcək. Növbəti 24 saat ərzində o, tufana çevriləcək”, - xəbərdarlıqda bildirilib.