Almaniyada yük avtomobilini piyadaların üzərinə sürən sürücü intihar edib.
"Dövran Media" "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, polis insidentin terror aktı olduğunu istisna etmir.
Qeyd edək ki, Almaniyanın Münster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir.